05 yanvar 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan Varşavaya Polish Airlines aviaşirkətinin həyata keçirməli olduğu LOT-722 reysi təyyarədə yaranmış texniki nasazlıq səbəbilə ləğv edilmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Qlobal.net-ə verilən məlumata görə, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə, aviaşirkət tərəfindən alternativ təyyarə göndəriləcəkdir.
Sərnişinlər uçuşun yeni vaxtı barədə məlumatlandırılacaq.