66326242b9bff202405243946
Həyat yoldaşları vəzifəli şəxslər olan məşhurlar - FOTO

Qlobal.net ölkə.az istinadən həyat yoldaşları vəzifəli şəxslər olan məşhurları təqdim edir.

Xalq artisti Zeynəb Xanlarova əslən Füzuli rayonundan olan mərhum Səlim Babayevlə evli olub.

Səlim Abbas oğlu Babayev 1990-cı illərin əvvəllərində Bakı dondurma fabrikinin direktoru işləyib.

Bir zamanlar AzTv-də diktor işləmiş Tamilla Ələkbərovanın mərhum həyat yoldaşı komitə sədri idi.

Xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşı da vəzifədə olub. Xosrof Nəcəfov Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının komandir müavini olub.

Xalq artisti Brilliant Dadaşovanın ömür yoldaşı Ədalət Hacıyev Dövlət Rus Dram Teatrının direktorudur.

Xalq artisti Zülfiyyə Xanbabayevanın əri Zaur Məmmədov da vəzifə sahibidir. O, iş adamı kimi tanınır Cütlük uzun müddətdir ki, evlidir. Onların bu nikahdan Dəniz adlı bir qız övladı var. O, “Simurq” futbol klubunun eks-prezidentidir.

02.05.2024 12:12
show 1786