Türkiyənin Kocaeli şəhərində boşanma mərhələsində olduğu iddia edilən kişi özünü hərəkətdə olan avtomobilin altına atıb.
Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, sürücü və ətrafda olan şəxslər dərhal təcili tibbi yardım xidmətinə müraciət ediblər.
Xəsarət alan kişi xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.