Şou-biznes

Həyat yoldaşından qəddarlıq görən Nigar Şabanova elə şeylər danışdı ki.. – ŞOK OLACAQSINIZ

Ata və anasının, eyni zamanda dostlarının sözünə qulaq asmayıb, ikinci dəfə ailə həyatı quran, lakin qəddarlıqla üzləşib, bu səbəbdən ayrılan Əməkdar artist Nigar Şabanova ilk dəfə bu barədə danışaraq, hər şeyə son qoyub.

Qlobal.net xəbər verir ki, müğənni bildirib ki, hər şey 2 saatın içində baş verdi:

“Mən qarşımda bir mələk görürdüm. 2 saatın içində hər şeyi məhv etdim. Dedim yarım saata nə çatdırırsan yığ, çıx get. Getmirdi. Amma elə bir səbəblər, dəlillər var ki, getməyə məcbur oldu. Gedəndən sonra da sakit dayanmadı. Çox biabırçı, ayıb işlərlə məşğul oldu. Ona görə də bəllidir bu gün harada olduğu. İnsan özünə hörmət etməsə də, gərək peşəsinə hörmət etsin. Mən onu dəlicəsinə sevməmişdim, sadəcə bağlanmışdım. Mənim kimi bir xanımın ailəsi ikinci dəfə niyə dağılmalıydı ki? Niyə bu yaşda göz görə-görə səhv etdim? Mən bu səhvi özümə bağışlaya bilmirəm. Ona görə də bu gün əziyyət çəkirəm.”

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от ▪ SHOW_CLAB👁️ (@show_clab)

Related Articles

Bir cavab yazın

Back to top button