Həşərat yeyin: Həkimlərdən tövsiyə

Həşərat yeyin: Həkimlərdən tövsiyə

İngilis həkim Indroneel Chatterjee təxminən 7 ildir ki, nahar üçün çəyirtkə və oxşar həşəratlarla qidalanır və digər insanları da həşərat yeməyi təşviq edir.

 

Qlobal.net bildirir ki, Dr. Chatterjee "Onları qızardıb teriyaki sousu əlavə etsəniz, həqiqətən dadlıdırlar" deyir.

 

Təxminən yeddi ildir hər gün həşərat istehlak edən Dr.Chatterjee “Mən həşəratları çox böyük olsalar belə, çox asanlıqla yeyə bilirəm. Onların iyrənc görünməsi mənim üçün heç bir əhəmiyyət kəsb etmir" deyib.

 

Həşərat yemək ədəbiyyatda “entomofagiya” adlanır. Məlumdur ki, dünyada əksəriyyəti Asiya ölkələrində yaşayan 2 milyarddan çox insan həşəratlarla qidalanır. 

 

Dr. Chatterjee görə, həşəratlar sadəcə gündəlik qəlyanaltıları dadlı edən qida məhsulu deyil. İqlim böhranının yaşandığı müasir dünyada ətraf mühitin qorunmasında da mühüm rol oynadığını düşünür.

 

O, “Heyvan proteini dünyanın ən dayanıqlı protein mənbələrindən biridir. Çünki bildiyiniz kimi, xüsusilə iribuynuzlu heyvanlar ətraf mühitə əhəmiyyətli miqdarda metan qazı buraxırlar. Bundan əlavə, heyvanları böyütmək üçün meşələri məhv edirlər. Bütün bu elementlərin təbiətə böyük ziyanı var" deyib.

 

Bir öküzdən 1 kiloqram protein əldə etmək üçün eyni heyvan təxminən 20 kiloqram qida qəbul etməlidir. Ancaq həşəratlar üçün eyni şey yalnız 1,7 kiloqramdır. Həşəratlar daha az su istehlak edir və mal-qaradan çox daha sürətli böyüyürlər.

 

Dr. Chatterjee bildirir ki, məsələn, kriketlərin qida üçün yetkinləşməsi cəmi 6 həftə, öküzün qida üçün yetkinləşməsi və kökəlmə dövrü təxminən 6 il çəkir.

 

Dr. Chatterjee, "Məsələn, yemək xəmirinə yüzdə 25 həşərat unu əlavə etmək olar. Kriket unu dadı və qoxusu ilə şokolada çox yaraşır və mənim favoritlərimdən biridir. Bir çox insan kriket ununun popkorn və ya qoz qoxusu olduğunu deyir" deyib.

 

Səbinə

Qlobal.net

27.02.2025 16:58
show 41