Maraqlı

Həsənağa Turabovun ürək xəstəliyinə tutulmasına səbəb olan FACİƏ – Polis oğlu niyə güllələndi?

“Atamı böyük qardaşımın vaxtsız ölümü əlimizdən aldı. Hələ çox yaşayacaqdı atam, çox rollar oynayacaqdı. Daşqının faciəli surətdə həlak olması atamı ürək xəstəsi etdi, ondan sonra yaşaya bilmədi”.

Qlobal.net xatırladır ki, bu sözləri mərhum xalq artistimiz Həsənağa Turabovun qızı Sevinc Turabova illər əvvəl müsahibə zamanı deyib.

Bəs həmin dövrdə nə baş vermişdi? Faciə necə törədilmişdi?
Qayıdaq 1997-ci il, martın 10-dan 11-ə keçən gecə tarixə.
Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən polis kapitanı Daşqın Turabov Bakıdan rayona qayıdır və şöbənin qanunsuz silah saxlayan şəhər sakini Əlişir Tağıyevin tutulması ilə bağlı əməliyyat tədbirinə qoşulur.  Əməliyyat qrupu evə daxil olan zaman cinayətkar polis əməkdaşlarının qarşısına avtomat silahla çıxıb və qarşısına ilk çıxan Daşqına atəş açıb. Daşqının Əlişirə dediyi “Əlişir, mənəm, Kərbəlayıdı” deməsi də gec olub, cinayətkar əlini tətikdən çəkməyib. Açılan atəş nəticəsində ağır yaralanan Daşqın Turabov bundan sonra 58 dəqiqə yaşayıb və “mən ölmək istəmirəm” – deyə-deyə can verib.

Həmin hadisədən sonra Turabovlar ailəsi çox ağır günlər keçirib. Həsənağa Turabovun qızı Sevinc illər əvvəl müsahibə zamanı deyib:

“Atam özündə-sözündə deyildi, dinib-danışmadan hey bu ağır dərdi ürəyində çəkirdi. Daşqının dəfni günü atamı evə telefona çağırdılar. Yas çadırı həyətdə qurulmuşdu. Atamla telefonla danışan rəhmətlik Heydər Əliyev idi, baş sağlığı verirdi. Atam Daşqından sonra ürək xəstəliyinə tutuldu. Biz onu 2003-cü ildə itirdik. Daşqın öldürülən il doğulan oğluma onun adını verməyimiz də atama təsəlli olmadı”.

1998-ci ildə Heydər Əliyevin sərəncamı ilə göstərdiyi şücaətə görə Daşqın Turabov “İgidliyə görə medal”ı ilə təltif edilir. Həmin medalı keçmiş Daxili İşlər Naziri Ramil Usubov Həsənağa Turabovun qızı Sevinc Turabovaya təqdim edib.

Daşqın Turabovu qətlə yetirmiş cinayətkar illər sonra azadlığa çıxandan sonra həmin hadisə haqda ilk dəfə açıqlama da verib. Həmin video aşağıda:

Hazırladı: Fidan Məmmədli
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button