641d8d5f59b95202303234535
Həsən Hüseynli xanımını da itirdi - FOTO

"Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin sədri Həsən Hüseynliyə ağır itki üz verib. 

Qlobal.net "Qafqazinfo”ya istinadən xəbər verir ki, onun həyat yoldaşı Təranə xanım vəfat edib. Bu barədə sosial şəbəkədə QHT sədrinin yaxınları məlumat yayıb. 

Xatırladaq ki, bir neçə il öncə H.Hüseynlinin qızı Lalə Xəzər dənizində boğularaq dünyasını dəyişmişdi. 

Qeyd edək ki, Həsən Hüseynli 2014-cü ildə xuliqanlıqda ittiham edilərək həbs edilmiş, bir müddət sonra isə əfv sərəncamı ilə azadlığa buraxılmışdı.  

24.03.2023 15:43
show 1053