677ba496baa37202501253830

Hərracda 22 milyona balıq satıldı - REKORD

Yaponiyanın paytaxtı Tokioda keçirilən balıq hərracında rekord satış əldə edilib.

Qlobal.net xəbər verir ki, yapon balıqçıları tərəfindən tutulan nəhəng mavi üzgəcli orkinos 1,3 milyon dollara, təxminən 22 milyon manata satılıb.

2025-ci ilin ilk balıq auksionunda satılan bu balıq 276 kiloqram ağırlığında olub. Balığ Mişlin ulduzlu restoranları olan bir şəbəkə satın alıb.

Bu satış 1999-cu ildən başlayan hərrac tarixində satılan ikinci ən bahalı balıq kimi qeydə alınıb. 2019-cu ildə isə Toyosu Balıq Bazarında ən yüksək satış rekordunun 2,1 milyon dollara qaldığı bildirilib. (milli.az)

06.01.2025 13:22
show 206