Hərbi xidmətdən “neqodnu” adı ilə yayınanlara VACİB XƏBƏR – Qərar DƏYİŞDİ

Son zamanlar Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti iləbağlı bir neçə dəyişiklik baş verib. Gələn ilin əvvəlindən qüvvəyə minəcək dəyişiklikdəhərbçilərin pensiya yaşının artırılması nəzərdə tutulur. İndiyədək hərbiqulluqçular 20 il hərbi xidmət keçdikləri təqdirdə pensiyaya çıxmaq hüququqazanırdı. Hərbçilərlə bağlı qanuna təklif edilən dəyişiklikdə həmin müddətin 5il artırılaraq 25 ilə çatdırılması nəzərdə tutulur.

Azərbaycanda hərbi xidmətlə bağlı son dövrlər qəbul ediləndaha bir qərar hərbi xidmətə çağırış prosesi ilə bağlıdır. Belə ki, vətəndaşlarınhərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar qaydası dəyişir.İndiyədək hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi hərbikomissarlıqda baxılırdı. Yeni dəyişikliyə əsasən, yekun tibbi müayinəni Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza vəReabilitasiya Agentliyi aparacaq. Başqa sözlə, hərbikomissarlıqlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də prosesəqatılacaq.

Bəs qəbul olunan yeni qərarların hədəfi nədir?

Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Referans.az-a deyib ki, yeni dəyişikliklərhərbi xidmətdə yeni və intizamlı bir dövr yaradacaq: “Azərbaycanda hərbiyə diqqət kifayət qədər böyükdür. Qəbulolunan yeni qərarlarda kifayət qədər müsbət məqamlar var. Pensiya ilə əlaqədarolan məsələdə sual doğuran əsas məqam pensiya yaşının 20 ildən 25 iləqaldırılmasıdır. Bu qərarda da müəyyən güzəştə getdilər. 17, 18, 19 il hərbixidmətdə olanlar 20 il tamam olduqda pensiyaya çıxa biləcək. Amma biz istəyirdikki, ümumiyyətlə, bu qanun qəbul olunandan sonra qüvvəyə minsin. Bununla bağlıçıxış da etmişdik. Hazırda hərbiyə diqqət böyük olduğu üçün hökumət daha damüasir və güclü ordu yetişdirməyi hədəfləyir”.

Sosial sahədə də hərbçilərə müəyyən güzəştlərin veriləcəyinideyən deputat qeyd edib ki, onların pensiyasının 50 faizdən 65 faizə qaldırılmasıbelə müsbət haldır. Onun sözlərinə görə, son zamanlar hərbi komissarlıqlardakifayət qədər həbslər olub: “Bunların hamısı müəyyən rüşvət hadisələrindən irəligəlirdi. İnsanlardan pul alıb daha sonra hərbi bilet verirdilər ki yararsızdırvə s. Bütün bunları nəzərə alaraq belə bir qərar verildi. Sosial MüdafiəNazirliyinin kifayət qədər Tibbi-Sosial Ekspertiza vəReabilitasiya mərkəzlərivar. Buna görə də hərbi qulluqçuların hərbi xidmətə yararlılıqdərəcəsi hərbi komissarlıqlardan alınıb Sosial Müdafiə Nazirliyinə verildi”.

Hərbi ekspert, ehtiyyatda olan polkovnik Ramiz Şərifov isəReferans.az-a bildirib ki, qəbul olunan qanunların bir sıra məqsədləri var: “Son zamanlar rüşvət məsələsi əhəmiyyətli dərəcədə artmışdı. Buna görə də bu məsələ hərbi komissarlıqdan alınıb Sosial Müdafiə Nazirliyinə verildi. Yəni hərbi komissarlıqda rüşvət sayəsindəhərbi xidmətdən yayınmaq olurdu. Artıq hərbi xidmətdən yayınma halları bununlada sona çatacaq. Heç kim nəinsə müqavilində hərbi xidmətdən yayına bilməyəcək. Heçkim gedib Sosial Müdafiə Nazirliyində rüşvət müqavilində xəstəlik və ya hərhansısa sağlamlığın məhdudlaşdırıldığı barəsində arayış ala bilməyəcək. Bu çoxçətin və müşqül bir məsələ olacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button