Hərbi xidmətdən “neqodnı” adı ilə yayınanlara BƏD XƏBƏR! – Yeni qərar QƏBUL OLUNDU
Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hərbixidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir.Bu, Milli Məclisin 16 oktyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksinitapıb.
Layihəyə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindənbu qanunun 15.2.2-15.2.5 maddələrində (15.2.2. sıradankənar həqiqi hərbi xidmətəyararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətəmüvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4.dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdudyararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbixidmətə yararsızlıq haqqında) nəzərdə tutulmuş qərarların verilməsi üçün yekuntibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənaparılacaq.
Bəs yeni qanunun mahiyyəti nə olacaq?
Bu barədə danışan hərbi ekspert, ehtiyatda olan polkovnikRamiz Şərifov Referans.az-a bildirib ki, yeni qərar sayəsində əvvəllər hərbixidmətdən yayınan bəzi gənclər artıq bu əməllərə əl ata bilməyəcəklər: “Yeni qərarın mahiyyəti ondan ibarətdir ki, əvəllər HərbiKomissarlıq ya da Dövlət Çağırış Komissiyası vətəndaşları çağıranda onlar özləriqərar qəbul edirdilər ki, bu şəxslər xidmətə yararlıdır, yoxsa yararsızdır.Bununla da bir çox vətəndaşlarımız, gənc nəsil kimlərinsə əli ilə xidmətdənyayınırdılar. 3 illik, 4 illik, xəstəliklə və digər bəhanələrlə, nəticədə nə qədəradam hərbi xidmətdən yayınırdı”.
Ekspert qeyd edib ki, yeni qərara əsasən hərbi komissarlıq özü tibbi cəhətdənyoxlama apara bilməyəcək. Onun sözlərinə əsasən, yoxlanış müvafiq orqan tərəfindənhəyata keçiriləcək: Ya müvafiq icra hakimiyyətinin nəzdində komissiya tərtibolunacaq, onlar bütün çağrışçıları yoxlayacaqlar, yəni bir həkim olmayacaq, həkimkomissiyası olacaq. Yekun qərar isə Dövlət Sosial Müdafiə Fondunun xəstəliklərinmeyyarları var ona uyğun olaraq keçiriləcək. Bu da xidmətdən yayınmanınqarşısını almaq üçün alınan bir qərardır”.
Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a bildirib ki, bu cür qərarların nə dərəcədə effektli nəticə doğuracağını dəqiqləşdirmək çətindir: “Son vaxtlar hərbi komissarlıqlarda bu istiqamətdə neqtiv halların artdığı barədə mənim məlumatım yoxdur. Təbii ki, yayınanlar olur. Amma bütövlükdə bu məsələlərdə ciddi şəkildə irəliləyiş əldə olunarsa, o zaman struktur islahatına getməyə dəyər. Biz bunun çox şahidi olmuşuq ki, bir sıra sahələrdə yaradılan qurumlar əvvəlkindən çox da effektli işləməyib. Hər halda düşünülübsə, yeni qurum bu məsələyə baxsın, yəqin ki, onun məsuliyət dairəsi də artacaq və burada su-istifadə hallarına yol verilməyəcək”.
Deputat qeyd edib ki, hərbi xidmətdən yayınma hallarında bir az ictimai qınaq məsələsi çox önəmlidir. Onun sözlərinə görə, Türkiyədə bu ictimai qınağın olması müəyyən dərəcədə o yayınmanın qarşısını alır, amma bizdə ictimai qınaq yoxdur. Hər kəs buna sadə bir məsələ kimi baxırlar.