19.04.2021
15:48
100

Hərbi Qənimətlər Parkına gedən ziyarətçidən ağlasığmaz hərəkət - VİDEO

Loading...

Hərbi Qənimətlər Parkına gedən ziyarətçilərdən biri orada ağlasığmaz hərəkət edib.

Qlobal.net xəbər verir ki, parkda erməni hərbçilərinin mulyajlarına baxan şəxs onu şillə, yumruq və təpiklə vuraraq sanki ermənidən qisas alırmış kimi mənzərə yaradıb. Bunu telefona qeydə alan şəxs həmin görüntüləri sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, park bələdçiləri həmin mulyajlara toxunmağı qadağan etsə də, bu şəxs həmin qadağalara məhəl qoymayaraq onu dağıtmağa cəhd edib.
Ümid edirik aidiyyəti qurumlar həmin şəxsin tapılıb cəzalandırılması istiqamətində tədbirlər görəcək.

Loading...