Ermənistanda bir nəfər hərbi hissənin ərazisinə soxulub.
Ararat vilayətinin sakini olan şəxs (kişi-red) hərbi hissənin ərazisinə soxularaq hərbçiləri təhqir edib. O, saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb. Cinayət işi çərçivəsində hərbi
hissəyə qanunsuz daxil olma və xuliqanlıq hərəkətləri törətməsi ilə
bağlı bütün halların müəyyənləşdirilməsi istiqamətində tədbirlər
görülür, İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən
araşdırma aparılır. (report)