hərbçi

Ev almaq istəyən hərbçilərə ŞAD XƏBƏR - VİDEO

Müdafiə Nazirliyinin rəsmi internet saytında "Mənzil növbəsi" adlı yeni bölmə yaradılıb.

Həmin bölməyə daxil olmaqla 20 təqvim ili və daha çox qüsursuz xidmət edən hərbi qulluqçular şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edərək növbə sırası barədə məlumat əldə edə bilərlər.

Qlobal.net xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov Oxu.az-a bildirib ki, məsələ ilə bağlı komissiya yaradılıb və siyahı var.

Hərbçilərə mənzillər ardıcıllıqla veriləcək. Namizədlər mənzilləri püşkatma üsulu ilə özləri seçirlər. Mənzil, bina, blok təsadüfi seçimlə müəyyən edilir.

Anar Eyvazov qeyd edib ki, ailə tərkibi mənzildəki otaqların sayına təsir edir. Belə ki, ailə tərkibinə görə say tərtib olunur.

Püşkatma isə mənzil, bina, blok, mərtəbə rəqəminə görə keçirilir.

Ətraflı video-materialda: 


06.08.2024 15:12
show 355