Zeytun yağı dolmalar kimi yeməklərin mövcudluq səbəbi olmaqla yanaşı, tərəvəz yeməklərinə yaraşdığı qədər salatlara və souslara da fərqli bir ləzzət qatan, təbiətin bizə verdiyi bir möcüzədir.
Qlobal.net bildirir ki, bu sözlərimiz yalnız onun yeməklərə verdiyi dadla bağlı deyil. Zeytun yağı insan bədəni üçün də əsl sağlamlıq mənbəyidir.
Yağ turşuları və vitaminlərlə son dərəcə zəngin olan zeytun yağını yeməklərinizdə tez-tez istifadə edə bilərsiniz. Amma bilirdinizmi ki, onu içmək də mümkündür?
Çünki hər səhər acqarına bir yemək qaşığı zeytun yağı içməyin sağlamlığa saysız-hesabsız faydası var...
Zeytun yağındakı fenolik birləşmələr oleik turşusu ilə birləşərək nəzarətsiz hüceyrə çoxalmasının qarşısını alır və xərçəng hüceyrələrinin böyüməsinə mane olur. Oleik turşusu xüsusilə yoğun bağırsaq xərçəngi yaranmasında təsirli olan öd turşularının istehsalını azaldır və bağırsaq selikli qişasının bütövlüyünü qoruyur.
Zeytun yağı dərini, dırnaqları və saçları yumşaldır, bərpa edir, qidalandırır, nəmləndirir və beləliklə saç və dırnaqların sürətli uzanmasına kömək edir. Zeytun yağı tərkibli çoxlu maska və kremlər mövcuddur, amma birbaşa içmək bu faydaların daha tez hiss olunmasına səbəb olur.
Qaraciyər daxili orqanlarımızı təmizləyən əsas orqandır, lakin zaman-zaman özü də təmizlənməyə ehtiyac duyur. Bu nöqtədə onun ehtiyacı olan şey zeytun yağı ola bilər. Bir stəkana iki yemək qaşığı zeytun yağı töküb, üzərinə yarım limon suyu sıxaraq içsəniz, bu prosesə dəstək olmuş olarsınız.
Zeytun yağında yer alan yağ turşuları immun sisteminin funksiyalarını yerinə yetirməsində böyük rol oynayır. Bu həm immunitetin möhkəmləndirilməsi, həm də anadangəlmə immun çatışmazlıqlarına qarşı faydalı ola bilər.
E vitamini və seleniumla zəngin olan zeytun yağı damar sərtliyi və infarkta qarşı təbii qoruyucu vasitə kimi tanınır. Eyni zamanda tərkibindəki K vitamini sayəsində damar divarlarını və ürək toxumasını qoruyur.
Zeytun yağı orqanizmdəki iltihabları azaltmaqda təbii dərman sayılır. Araşdırmalara görə, gündə 3 yemək qaşığı zeytun yağı içmək, bir dərman qutusunun təsirinin təxminən 10%-ni bədənə təbii yolla qazandırır.
Zeytun yağı damar divarlarında yığılan pis xolesterolun yaratdığı zərərlərin qarşısını almaqla yanaşı, xolesterol səviyyəsini balanslaşdırır. Açqarına içilən zeytun yağı həm pis xolesterolu azaldır, həm də yaxşı xolesterolun (HDL) artmasına kömək edir. Bunun səbəbi isə tərkibindəki oleik turşusudur.
Zeytun yağının Alzheimer xəstəliyindən qoruduğu, yaddaşı gücləndirdiyi və depressiya riskini azaltdığı bilinir. Bunun elmi səbəbi onun tərkibində çox yüksək miqdarda polifenol adlı təbii antioksidantların olmasıdır.
Antioksidantlar və yağ turşuları ilə zəngin olan zeytun yağı, sərbəst radikalların yaratdığı zərərləri azaldaraq dəri sallanmalarının qarşısını alır, dəri rəngini və toxumasını yaxşılaşdırır. 15 dəqiqəlik masajla qan dövranını sürətləndirmək və hüceyrələrin bərpasını təmin etmək mümkündür. Hətta bir ay ərzində döşlərinin böyüdüyünü deyən qadınlar da var. Amma qərar, əlbəttə ki, sizindir.
Fidan
Qlobal.net