Qusarın Laza kəndində sakinlər istiliklərini odun sobası ilə təmin etdikləri üçün bir maşın oduna 500-600 manat pul ödəyirlər.
Qlobal.net xəbər verir ki, qışda sular donduğundan su ehtiyatları vedrələrlə təmin edilir.
Şəraitsizlik gəncləri Lazanı tərk etməyə vadar edib. Məktəb isə yalnız ibtidai sinifdən ibarətdir.
İbtidai sinfi bitirən şagirdlər təhsillərinə başqa kəndlərdəki məktəblərdə davam etməli olurlar.
Bütün çətinliklərə baxmayaraq, Laza bir qış nağılını xatırladır. Hələ buz bağlayan qoşa şəlalə isə lap füsunkar görünür.
Daha ətraflı “İTV Xəbər Yekun”un reportajında: