64118f79f0d92202303232721
Hər kəsi dəhşətə salan HADİSƏ: Avtomobilin arxa oturacağından və baqajından 17 nəfər çıxdı – VİDEO

Dominikan Respublikasında ölkəyə qeyri-qanuni yollarla daxil olmaq istəyənlərin olduğu avtomobil polis tərəfindən saxlanılıb. Dayandırılan şübhəli avtomobildən çıxanların sayı görənləri şoka salıb. 20-yə yaxın adamın avtomobilin arxa oturacağından və baqajından çıxarıldığı anların görüntüləri sosial şəbəkədə gündəm olub.

Karib dənizinin Hispaniola adasında yerləşən Dominikan Respublikasında baş verən hadisə ağızları açıq qoyub. Yolda olan bir avtomobil Dominikan Respublikası təhlükəsizlik qruplarının diqqətini çəkib.

Şübhəli maşını təqib edən təhlükəsizlik qüvvələri keçid məntəqəsində saxladıqları avtomobildən düşənlərin sayına təəccüblənib. Avtomobilin arxa oturacağından 1-i uşaq olmaqla 13 nəfər, baqajdan isə 4 nəfər və çantaları çıxarılıb.

Sosial şəbəkədə paylaşılan həmin anlar görənləri heyrətə gətirib. (turkustan.info)


15.03.2023 13:24
show 434