yemək

Hər kəs bəh-bəhlə yeyir, amma xərçəng yaradır - Onkoloqdan XƏBƏRDARLIQ

Məşhur onkoloq bağırsaq xərçəngi riskini artıran iki qidanı açıqlayıb.

Qlobal.net xəbər verir ki, bunlar demək olar ki, hər evdə olan emal edilmiş ətlər, yəni, kolbasa və sosislərdir.

Professor Charles Swanton sağlam olmayan və həddindən artıq işlənmiş qidaların xərçəngə tutulma riskini vurğulayıb. Araşdırmalar göstərib ki, hər gün emal edilmiş ət istehlak edən şəxslərdə bağırsaq xərçənginə tutulma riski 40% yüksəkdir. Bunun əsas səbəblərindən biri, ətlərdəki nitratların zərərli birləşmələrə çevrilərək hüceyrələrə ziyan vurmasıdır.

Son illərdə yaşı 45-dən az olan şəxslərdə xərçəngə yoluxma hallarında ciddi artım müşahidə olunur. Vanderbilt Universitetindən Dr. Cathy bu artımın qeyri-sağlam qidalanma ilə əlaqəli digər xəstəliklər - yüksək təzyiq, diabet və yüksək xolesterol - ilə bağlı olduğunu deyib. Dünya Xərçəng Araşdırma Fondunun mütəxəssisi Matthew Lambert isə şirniyyat, çips, qazlı içkilər kimi qidalarının lif və əsas qidalanma maddələri daşımadığını bildirib. Bu cür qidalar piylənməyə və hormonal disbalansa səbəb olur ki, bu da xərçəng riskini artırır. (milli.az)

06.01.2025 11:25
show 122