Soyutma yumurta yeməyin faydası

Hər gün soyutma yumurta yeməyin 10 faydası

Amin turşularından fol turşusuna, zülaldan dəmir, sink, fosfor kimi minerallara qədər bir çox faydalı maddə ehtiva edən yumurta, xüsusilə səhər yeməklərimizin vazkeçilməz qidasıdır. Tərkibindəki protein, vitamin və minerallar sayəsində sağlam qidalanma proqramlarının əsas elementlərindən sayılır. Qaynadılmış şəkildə yeyildikdə uzunmüddətli toxluq hissi yaratdığı da məlumdur. Amma onun faydaları bununla bitmir.

Qlobal.net soyutma (qaynadılmış) )yumurtanın orqanizmə faydalarını bir-bir, ətraflı şəkildə araşdırıb:


1. Sümük sağlamlığını dəstəkləyir

Tərkibindəki D vitamini, kalsium və fosfor mineralları sayəsində sümük sağlamlığına müsbət təsir göstərir. Xüsusilə inkişaf dövründə olan uşaqlar üçün çox faydalıdır.

2. Əzələ sağlamlığını qoruyur
Yüksək keyfiyyətli zülal mənbəyi olduğuna görə əzələlərin sağlamlığını qoruyur və əzələlərdə yaranan zədələrin daha tez sağalmasına kömək edir.

3. İmmunitet sistemini gücləndirir
Tərkibindəki faydalı maddələr sayəsində immunitet sisteminin uzunmüddətli möhkəmlənməsini təmin edir. Gündə 1-2 ədəd qaynadılmış yumurta yemək tövsiyə olunur. Lakin həkiminizlə məsləhətləşmədən bu miqdarı artırmayın.

4. Qan şəkərini balanslaşdırır
Qaynadılmış yumurta aşağı qlisemik indeksə malikdir və bu da qan şəkərinin ani yüksəlməsinin qarşısını almağa kömək edir.

5. Uzunmüddətli toxluq hissi yaradır
Qan şəkərini stabilləşdirməsi və yüksək qida dəyərinə malik olması sayəsində, ani aclıq hisslərinin qarşısını alır. Xüsusilə Ramazan ayında sahur yeməyində çox istifadə edilir.

6. Göz sağlamlığına faydalıdır
Tərkibindəki lutein və zeaksantin maddələri göz sağlamlığının qorunmasında önəmli rol oynayır.

7. Ürək sağlamlığına dəstək olur
Haqqında bəzən mübahisələr olsa da, qaynadılmış yumurtanın xolesterinə olan təsiri ilə bağlı yaxşı xolesterini (HDL) artırdığı bildirilir. Bu səbəblə həkim nəzarəti ilə müntəzəm olaraq istifadə edilə bilər.

8. Arıqlamağa kömək edir
Yüksək qida dəyəri və toxluq hissi yaratması səbəbilə diyet proqramlarında sıxlıqla tövsiyə olunur.

9. Beynin sağlam işləməsinə dəstək olur
Xüsusilə yaddaşa müsbət təsir edir, yaşla bağlı yaddaş zəifləməsi riskini azaldır.

10. Orqanizmə enerji verir
Zülal, vitamin və mineral baxımından zəngin olduğu üçün bədəni enerji ilə təmin edir.


Hər gün 1 və ya 2 qaynadılmış yumurta yeməklə sağlamlığınıza böyük fayda verə bilərsiniz. Amma individual sağlamlıq vəziyyətinizə görə bu miqdar dəyişə bilər. Ona görə də əvvəlcə həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.

Fidan
Qlobal.net

22.04.2025 15:12
show 64