Cəmiyyət

Hər gün enerji içkisi içən gənc əlil oldu

Rusiyada Həştərxandan olan 19 yaşlı gənc bir il ərzində gündəlik veyp çəkdikdən və enerji içkilərindən istifadə etdikdən sonra üçüncü dərəcəli əlil olub.

Qlobal.net xarici KİV-lərə istinadla bildirir ki, o, Mişa Litvinin yarışmasında maşın qazanmaq üçün gündə 3-4 qutu enerji içkisi içirmiş. Nəticədə o, 1-ci tip diabet xəstəliyinə tutulub və hazırda tiroid və mədəaltı vəzi çatışmazlığından əziyyət çəkir.

19 yaşlı Vanya uşaqlıqdan idmanla məşğul imiş. O davamlı olaraq enerji içkisi içdikdən sonra xeyli arıqlayıb və səhhəti pisləşib. Valideynləri onu həkimə aparıblar və testlər onun qan şəkərinin normaldan təxminən dörd dəfə yüksək olduğunu göstərib. Bu, üçüncü dərəcəli əlillikdir. Həkimin sözlərinə görə, stress onun bədəninin işləməməsinə səbəb olmuş və həddindən artıq enerji içkiləri və nikotinlə yanaşı, zəif qidalanma onun vəziyyətini daha da pisləşdirmişdir.

Murad Məmmədli
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button