Bu gün sizə soğanın faydalarından və ziyanlarından danışacağam. Həmçinin, siz bu videoda onu da biləcəksiniz ki, hansı soğan ziyansızdır.
Müasir dövrümüzdə, demək olar ki, hər bir insan sağlamlığını qorumaq
haqqında düşünür və sağlam qidalanmağa çalışır. Amma onlar fərqinə
varmır ki, bəzi meyvə və tərəvəzlərin düzgün qəbul edilməməsi fayda yox,
ziyan verə bilər. Bu cür –həm xeyirli, həm də ziyanlı tərəvəzlərdən
biri soğandır. Müqayisə etsək, təbii ki, soğanın faydası ziyanından
çoxdur. Amma elə xəstəliklər var ki, onların mövcudluğunda soğan yemək
qadağandır.
Soğanın faydalılığı tərkibində bol miqdarda vitamin və mikroelementlərin
olmasındadır. Məsələn; dəmir, kükürd, flüor (ftor), kalisum və
flavanoidlər soğanı faydalı qidalar siyahısına daxil edir.
Hələ 6000 il əvvəl insanlar bu tərəvəzi tanıyırdılar. Qədim Yunanıstanda
soğan dərman bitkisi kimi istifadə edilirdi. Romada döyüşçülər hər gün
soğan yeyirdilər. Belə düşünürdülər ki, o, qorxmazlıq və güc verir. Amma
getdikcə insanlar soğanın müdriklik və gümrahlıq mənbəyi olduğu
qənaətinə gəldilər və onu gündəlik qida rasionuna əlavə etdilər.
Qədimdə olimpiadalarda iştirak edən idmançılar uzunmüddətli məşqlərə
sinə gərməyin yolunu soğan yeməkdə görürdülər. Düzdü, müasir dövrümüzdə
soğan sırf bu məqsədlərlə istifadə edilmir. Amma o, hər bir mətbəxin
yaraşığıdır. Soğansız keyfiyyətli yemək hazırlamaq mümkün deyil. Bundan
əlavə, soğanı həm dərman bitkisi, həm də kosmetoloji vasitə saymaq
olar.
Soğanın faydaları bunlardır:
-Ürək və qan-damar sisteminin sağlamlığını qoruyur; Tərkibindəki
antioksidantlar ürək divarındakı soyuqdəyməni aradan qaldırır. Soğan
atresklerozun irəliləməsinin qarşısını alır, pis xolesterolun
səviyyəsini yüksəlməyə qoymur, qan təzyiqini stabilləşdirir.
Mütəxəssislərin fikrincə, gün ərzində 40-50 qr soğan yemək pis
xolesterolun və trigliseridin səviyyəsini aşağı salır. Damarlarda
soyuqdəymə səbəbilə baş verən iltihablanmanı yox edir, beləcə,
tromblaşmanın qarşısını alır. İnsultun, infarktın və arteriyada yarana
biləcək ən təhlükəli trombların risk faizini minimuma endirir. Alman
alimləri müəyyən edib ki, hər gün bu möcüzəvi tərəvəzi yemək arterial
təzyiqi 7% aşağı salır. Amma bir şeyi vurğulamaq istəyirəm ki, əgər
ürək və qan-damar sisteminizdə problem varsa, soğan təkbaşına o
problemin öhdəsindən gəlməyə bilər. Odur ki, həkimə müaciət edin və
soğanla yanaşı müəyyən edilmiş dərmanlardan da istifadə edin.
-Qrip, soyuqdəymə, rinit zamanı ən yaxın köməkçidir; Uşaqlığımızın
resepti: tutulan buruna soğan iylədilməsi. Soğan qoxusu nəfəs yollarını
açır, soyuqdəymədən əmələ gələn virus və bakteriyaları yox edir.
Məsləhətdir ki, soyuqdəymənin və burun tutulmasının ilk etapında təzə
soğan götürün, doğrayın, onun qoxusunu gah burundan, gah da ağızdan
içinizə çəkin. Narahatlığınız, təxminən, 20 dəqiqəyə yox olacaq. Bu
proseduru gün ərzində 3-4 dəfə təkrarlasanız, daha yaxşı olar.
-Böyrək xəstəliklərinin müalicəsində effektivdir; Soğan, xüsusilə,
kəskin və xroniki pielonefrit, aşağı sidik yollarının iltihabi
xəstəlikləri (sistit) və uretrit zamanı faydalıdır. Resept sadədir: 3
çay qaşığı soğan qabığı götürün. 400 ml suda, təqribən, 1 dəqiqə
qaynadın. Sonra ağzı bağlı qabda 30 dəq soyumağa qoyun. İlıq halda gündə
3-4 dəfə, hər dəfə də yarım stəkan içə bilərsiniz.
Soğanın faydalılığı tərkibində bol miqdarda vitamin və mikroelementlərin
olmasındadır. Məsələn; dəmir, kükürd, flüor (ftor), kalisum və
flavanoidlər soğanı faydalı qidalar siyahısına daxil edir.
- Soğan ayaqlardakı spazmlar zamanı da köməyə çatır; Bir ovuc soğan qabığını blenderdən keçirin, 1 çay qaşığı götürüb suya qatın. 10-15 dəqiqə dibinə çökməsini gözləyin. bu qarışımı yatmazdan qabaq için.
-Dırnaqlardakı göbələkləri yox edir; Belə hallarda ayağınızı hər gün soğan qabığı ilə vanna etməlisiniz. Yenə soğan qabığını suda qaynadın, həmin suda ayaqlarınızı, ən azı, 20-30 dəqiqə saxlayın.