Təəssüf ki, bədbəxt təsadüflərlə tarixə düşənlər də var. Ölüm
zarafat deyil, amma bəzən təəccüblənməmək də mümkün deyil. Heç
ağcaqanad dişləməsinə görə ölən adam eşitmişdiniz?
Qlobal.net sfera.az-a istinadən inanılmaz hadisələr nəticəsində həyatını itirən insanlardan bəzilərini təqdim edir.
1. Şəxsi detektivlər tarixinin qabaqcıllarından olan məşhur detektiv Allan J. Pinkerton bir missiya zamanı yaş yerdə müvazinətini saxlaya bilməyib, sürüşərək yerə yıxılıb.
Onun başı yerə dəyməsə də, dilini dişləyib, dişləməsi qanqrenaya çevrilib və ölümünə səbəb olub
2. Bir gün 19-cu əsrin siyasətçisi Corc Herbertin üzünü ağcaqanad dişləyib.
O, bunu ciddi qəbul etməyib və təraş zamanı dişləmə yerini də
təsadüfən kəsib. Konstriktor infeksiyası adlı xəstəliyə tutulan Herbert
ölüb. Təsəvvür edirsinizmi? Sadəcə ağcaqanad dişləməsi…
3. Onlarla müharibə və münaqişələrdən xəbər verən Rumıniya
müharibə müxbiri Mile Carpenişan xidməti vəzifəsi zamanı heç bir təhlükə
ilə üzləşməsə də...
Vəzifəsi başa çatdıqdan sonra evə qayıdanda bədənində səbəbi bilinməyən
iltihab aşkarlayıb. Həkimlərin çarə tapa bilmədiyi bu vəziyyət
günü-gündən təsirini artırıb və septik şok nəticəsində dünyasını
dəyişib.
4. Orkestrin dirijorlarının istifadə etdiyi dəyənəkləri
bilirsiniz. Bizim “dirijor çubuqları” kimi tanıdığımız dəyənəklər
əvvəllər kifayət qədər böyük idi.
Fransız bəstəkarı və rəssamı Jan-Batist Lulli sağlığında böyük və
ağır olan dəyənəyi yerə atıb və ayağının baş barmağını zədələyib. Bu
yaranın qanqrenaya çevrilməsi ilə onun ölümü arasında vaxt isə olduqca
qısa olub...
5. 1989-cu ildə Ole Bentzen adlı danimarkalı məşhur A Fish Called Wanda filminə baxarkən gülməkdən ölüb. Bu, zarafat deyil.
Belə bir tibbi diaqnoz olmadığından onun yarılması zamanı infarkt keçirdiyi müəyyən edilib.
6. Məşhur spirtli məhsul markasından adı sizə tanış olan Cek Daniel bir dəfə polad seyfin qapısını aça bilməyib.
Hamının verəcəyi klassik reaksiya ilə seyfi təpikləyib. Seyf açılmayıb, əvəzində ayağının barmağı qanqren oldu, həkimlər sonda ayağını kəsməli olublar. Amma qanqren onun bütün bədəninə yayılıb və o, az sonra dünyasını dəyişib.
7. Məşhur illüzionist Houdini verilişlərinin birində maraqlı iddia ilə çıxış edib.
Onun iddiası belə idi ki, heç bir yumruq, hətta ən ağır zərbə də ona
təsir etməyəcək. O, tamaşaçılardan könüllü istəyib və onu bərk vurmasını
istəyib. Şansa baxın: könüllü peşəkar boksçu imiş. Houdini yerindəcə
keçinib.
8. Bir müddət internetdə məşhurlaşan bir hekayəni xatırlayaq.
Dördüncü mərtəbədəki evindən yıxılan kişi möcüzə nəticəsində yüngül xəsarətlərlə sağ qalıb. Sağaldıqdan sonra ona inanmayan dostlarına necə sağ qaldığını başa salmaq üçün yenidən eyni eyvandan və eyni hündürlükdən tullanmağa çalışıb.
Bu dəfə ölür. Burda adam həqiqətən qəhqəhə çəkir…
9. Niaqara şəlaləsinin zirvəsindən silindrli borunun üzərinə tullanan Bobbi Liç bu cəhddə həyatını itirməyib.
Tarixə düşən bu hadisədən çox sonra Liçin ayağı portağal qabığına dəyir. O, sürüşərək, yıxılıb ölür.
10. Kanadalı hüquqşünas Garry Hoy işlədiyi ofisin pəncərələrinin
davamlılığı ilə öyünərək, bu dayanıqlığı sübut etmək üçün özünü davamlı
olaraq şüşəyə çırpırmış. Hətta bunu şouya çeviribmiş.
Bir gün ondan bu tamaşanı təkrarlamağı xahiş ediblər və o, bütün gücü
ilə özünü pəncərəyə vurub. Şüşə sınmasa da, bərkidilmə yerindən qopub və
Hoyu özü ilə apararaq 24-cü mərtəbədən aşağı atıb...