664a2a2c1e133202405243452
"Helikopterdəki siqnal sistemi sönmüşdü..." - Qəza ilə bağlı YENİ DETAL

İran Türkiyənin dəniz və havada axtarış-xilasetmə üçün məsuliyyət daşıdığı ərazi daxilində olan ölkədir. Bu səbəbdən də biz bütün hava və dəniz vasitələrinin siqnallarını izləyirik.

Qlobal.net Axar.az-a istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.

"Helikopterin siqnal verib-vermədiyini izlədik, bunun ardından dərhal İran tərəfi ilə əlaqə saxladıq. Belə qənaətə gəldik ki, helikopterdəki siqnal sistemi ya sönmüşdü, ya da yox idi", - nazir bildirib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.


21.05.2024 00:45
show 3726