64fc325af420e202309235242
Həkim xəstəni yastıqla boğaraq öldürüb - ŞOK HADİSƏ

Xəstəni yastıqla boğan həkimlə bağlı cinayət işi açılıb.

Evtanaziya olunmaq istəyən xərçəng xəstəsinə ölümcül dərmanlar yetərli olmadığı üçün həkim onu yastıqla boğub.

Qorxunc hadisə Lyej şəhərindən olan 36 yaşlı qadının vəziyyəti xərçəng diaqnozu qoyulduqdan bir neçə ay sonra ciddi şəkildə pisləşib. Bundan sonra o, evtanaziya olunmağı seçdiyini bildirib.

Həkimin və iki tibb bacısının həyata keçirəcəyi prosedura qadının əri və qızı nəzarət etməli olublar. Ancaq onlar əzizlərinin ölümünün şahidi olmaq istəmədikləri üçün evi tərk ediblər. (Trthaber)

09.09.2023 12:51
show 616