Həftəsonu ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ
Bu həftə sonu Yer kürəsində maqnit qasığaları gözlənilir.Bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz "Telegram" kanalında məlumat verib.
"Maqnit
fırtınasının şənbə günü günortadan sonra başlaması və ən azı bazar günü
günortaya qədər davam edəcəyi gözlənilir", deyə mütəxəssis yazıb.
O
xatırladıb ki, əvvəlki maqnit qasırğası cümə axşamı, avqustun 1-də başa
çatıb. Gözləntilərin əksinə olaraq zəif olduğu ortaya çıxıb. Onun
sözlərinə görə, Günəş sakitləşməyəcək və onun üzərində intensivliyi
maksimum mümkün olan X sinfinə yaxınlaşan alovlarla davam edəcək.
Maqnit sahəsinin gələn həftənin əvvəlində tədricən sakit vəziyyətə düşəcəyi gözlənilir.