666520fdaf417202406242653
Həftədə 3 dəfə bu çayı için

Kəklikotu - Bu unikal bitki ta qədim dövrlərdən insanlara məlumdur. Onu təkraredilməz ətirı və ən güclü dərman xüsusiyyətlərinə əsasən qiymətləndirirlər.

Kəklikotu bakteriya təmizlənməsinə, tez sağalamaya, ağrıları sakitləşdirməyə, bəlğəm gətirmə qabiliyyətinə malikdir. Qurda qarşı güclü təsiri var və bundan başqa bir çox faydalı xüsusiyyətlərə də maikdir. Həmçinin o maddələr mübadiləsini normallaşdırır ki, öz çəkisinə diqqət edən insanlar üçün əhəmiyyətlidir.

Qlobal.net xarici mətbuata istinadən sizə, qədim yunanların çox populyar sağlamlıq içkisini təqdim edir. Bu içki unudulmaz dada, sehrli ətirə və əvəzolunmaz faydalara malikdir.

Kəklikotu çayı 

Kəklikotu çayınınn əvəzolunmaz xeyri var: bu vitaminlərdən və efir yağlarından, aşılayıcı maddələrdən və turşulardan ibarət əsl kokteyldir.

Kəklikotu yalnız xalq təbabətində məşhurlaşmır, rəsmi tibb aləmi də onu tanıyır, qəbul edir. Bu bitkidən müxtəlif xəstəliklər zamanı geniş tətbiq edlir: astma, bronxit, göyöskürək, traxeit. 

1-ci resept:

200 ml su, 1 hissə quru kəklikotu. Qaynamağa qoyun zəif odda, sonra ocağı söndürün və 15 dəqiqə dəmlənsin. Sonra süzün yavaş-yavaş için.

2-ci resept:

3 hissə dəm çaynikinə su tökün. Qara çay və 2 hissə qurudulmuş kəklikotunun üzərinə qaynar su tök ün və dəmləyin. Şəkər və ya bal zövqünə görə əlavə edə bilərsiniz. 

Kəklikotunun istifadəsi qastriti, mədə yarası, qalxanvarı vəzinin hiperfunksiyasının pozgunluğu və diabeti olan insanlara məsləhət görülmür,. Hamilə qadınlara və uşaqlara kəklikotu əsasında içkiləri istifadə etmək yalnız dozanın dəqiqləşdirilməsi üçün həkimlə konsultasiyadan sonra olar. 

Kəklikotuyla çayı bir dəfə sınayın, siz onu sevəcəksən. (SaqlamHeyat.az)

09.06.2024 19:20
show 334