65f81c1cf248b202403244900
"Heç xəstəxanada yatmayıb, özü sensasiya yaratmağı xoşlayır" - Namiq Məna oğlundan DANIŞDI

Meyxanaçı Namiq Məna oğlu Məna Əliyevin xəstəxanaya yerləşdirilməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib. 

N.Məna Pravda.az-a açıqlamasında deyib ki, oğlunun səhhətində ciddi heç nə yoxdur: “Məna burnundan əməliyyat olunub. Yarım saatlıq xırda əməliyyat idi. Heç xəstəxanada yatmayıb axı. Bir-iki saat orada olub. Nəfəs almasında çətinlik var idi. Ürəyi taxikardiya verirdi. Buna görə əməliyyat keçirdi. Özü bir az belə şeyləri xoşlayır, guya, sensassion bir şeydir”.

18.03.2024 14:48
show 1405