64bc09bfec571202307235423
Heç vaxt varlı olmayacağınızın 5 əlaməti

Mütəxəssislər varlı olmağınıza mane olan pis vərdişlərin siyahısını tərtib edib.

Qlobal.net həmin vərdişləri təqdim edir:

Marketdə endirimlər üçün gözlədiyiniz zamanı daha yaxşı dəyərləndirmək olar. Söhbət artıq gəldiyiniz marketdə sərfəli promosyonlar üçün alış-verişdən deyil, doğru məhsulun bir neçə qəpik ucuz olduğunu müqayisə etmək üçün üç mağaza arasında qaçmaqdan gedir.

Məqsədsiz şəkildə pul israfı etmək pis vərdişlərdən biridir. Zəngin insanların həmişə bir məqsədi var - ev almaq, ya da təmir etmək, maşın dəyişdirmək. Belə şəxslər gələcəyə dair çox planlı düşüncələri olur.

Ödəyə bilməyəcəyiniz şeyləri almayın. Məsələn, son model “iPhone” istəyirsiniz. Əgər büdcəniz ona çatmırsa, bu zaman özünüzü çətinliyə salmayın.

Uzaqgörən insanlar əvvəlcə varlanır və bundan sonra avtomobil, daşınmaz əmlak və avadanlıq alırlar.

Zəngin olmaq istəyənlər çalışıb borc almasın. Çünki borc almağa meylli insanlar təəssüf ki, pul qazanmağa həvəsli olmurlar.

Həyatda risk etməyən insanlar heç vaxt varlanmır. Sizcə, Mark Zukerberq üçün milyarder olmaq asan olub? Xeyr, amma o, rahatlıq zonasından çıxaraq riskləri gözə alıb və sərvət qazanıb. Riskli qərarlar verməkdən qorxmayın, onlar adətən öz bəhrəsini verirlər. (lent.az)

22.07.2023 20:53
show 1576