kamil

Heç kimin başı üçün deyil ki, gecə 2-də zəng edib Gülayı məclisə çağırsın

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı qızının anası, müğənni Gülay Zeynalldan danışıb. 

Qlobal.net xəbər verir ki, o, "Tarixin bir günü" verilişində müğənnilərin gecə 2-də məclisə dəvət olunmasına münasibət bildirib.

"Hamının öz ətrafı var, tanışları var, bilirlər kimi hara, hansı məclisə dəvət etmək lazımdır. Elə bir adam yoxdur ki, Gülaya zəng edib 2-də məclisə dəvət etsin. Elə bir adam olmaz. Tanıyanlar bilirlər ki, evdə uşaq var, onu vaxtında yatızdırır, səhər tezdən oyanıb, məktəbə yola salır. Elə bir şey yoxdur, ola bilməz. Həmin adamın başı üçün deyil ki, gecə 2-3-də zəng edib, Gülayı məclisə dəvət etsin".

04.04.2025 17:10
show 383