Xalq artisti Gülyanaq Məmmədova açıqlamaları ilə diqqət çəkib.
Verilişlərdən birinə qonaq olan sənətçi xəyanətdən danışıb.
İfaçı qeyd edib ki, insanlar heç nədən sığortalanmayıb.
Məmmədova bəzən insanın özündən asılı olmadan yanlışları olduğunu vurğulayıb:
"Heç kim deməsin ki, mən xəyanət etmərəm! Mən xəyanəti bağışlamaram! Bu da ola bilər. Bilmək olmaz kimin həyatında nə baş verəcək. Bəli! Bağışlamayaq, xəyanət etməyək. Nə dosta, nə ailəyə, nə də həyat yoldaşına ... İstər kişi, istərsə də xanım... Əlbəttə ki, xəyanət bağışlanılmazdır. Lakin heç kim heç nə bilmir. Bəzən insanın özündən asılı olmayaraq yanlışları olur. Sonra deyirsən ki, mən bunu niyə dedim?"(BAKU.WS)