photo_10837501
Həbsxanada qadınlara təcavüz... - DƏHŞƏTLİ FAKTLAR

Baziliyadakı Pedrinhas həbsxanası yaşadığımız planetin ən qorxulu cəza evlərindən biri kimi tanınır. Sizə söyləyəcəklərimiz film ssenarisi deyil, həyatın acı həqiqətdir. Hətta tam çılpaqlığı ilə təqdim edə bilmədiyimiz vəhşətdir.   


Statistik göstəricilərə görə, bu dəhşətli həbsxanada hər il orta hesabla 75 məhbus öldürülür. O həbsxanaya cəza çəkmək üçün gedənlər sözün əsl mənasında ölümü gözə alırlar. Həbsxana işçiləri açıqca bildirirlər ki, kimin harada və necə öləcəyini əvvəlcədən müəyyən etmək heç cür mümkün olmur. Təəssüf ki, nə mühafizəçilər, nə də polis bu qətllərin qarşısını ala bilir.

Bəs Pedrinhas həbsxanasında kimlər var? Ora hansı məhkumlar göndərilir?

Araşdırmalara görə, bura əsasən, ağır cinayətlərdə iştirak edən dəstə üzvləri, mafiya qruplarının nümayəndələri, amansız qatillər, narkotik alverçiləri və psixopatlar göndərilir. Fərqli cinayətlər törədən, tamamilə başqa əhvallarda olan bu insanlar da həbsxanada vaxtaşırı bir-biri ilə toqquşurlar. Hətta bəzən atəş açılır. Həbsxanada? Hə maraqlı sualdır. Təsəvvür edin ki, bütün maneələrə baxmayaraq, xüsusilə dəstə üzvləri içəriyə odlu silah gətirirlər.

“Pedrinhas”da hətta dəstə üzvləri arasında silahlı münaqişələr də olur. Maraqlısı odur ki, atışmada ov tüfənglərindən istifadə edilir. Ora cəza çəkməyə, yoxsa cinayətlərinə davam etməyə gəliblər bu insanlar? Bu cinayətləri araşdıran müstəntiqlər suala hələ tam cavab tapa bilmirlər.

Hələ bu harasıdır? Demək, burada cəza çəkən dəstə üzvləri vaxtaşırı həbsxananın qadın bölməsinə basqın edirlər və onları zorlayırlar. İldə orta hesabla 20 qadın məhbus buna görə hamilə qalır. Görülən bütün tədbirlərə rəğmən, dəstə üzvlərinin qadınlara təcavüz etmələrinin qarşısını ala bilmirlər.


Sonda... Braziliyanın həbsxanalarında ümumilikdə 450 min məhbus var. Dünyada həbsdə olanların sayına görə bu ölkə 4-cü yerdədir. (Lent.az)


28.08.2022 12:07
399