Həbsxanada iğtişaş: Altı nəfər ölüb, 30-dan çox xəsarət alan var.
Filippindəki həbsxanalardan birində baş verən iğtişaş nəticəsində altı məhkum ölüb, 33 nəfər xəsarət alıb.
Bu barədə Filippinin Həbsxanalar İdarəçiliyi və Penologiya Bürosunun sözçüsü Xavier Solda məlumat yayıb.
Qeyd olunur ki, iğtişaş iki məhbus arasında baş verən mübahisədən sonra başlayıb.
Baş verən insidentdən sonra cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarılıb./oxu.az