Həbsdə olan “Qumar kralı” ilə bağlı ŞOK FAKTLAR

Həbsdə olan “Qumar kralı” ilə bağlı ŞOK FAKTLAR

Qanunsuz kazino işlədən və mərc oyunları təşkil edən, “qumar kralı” kimi tanınan Yusif Baqiyev (Şəkili) haqqında daha bir neçə fakt ortaya çıxıb.

Qlobal.net xəbər verir ki, Bakuplus.az-ın əldə etdiyi məlumata görə, onun Şəkidə bir neçə yerdə milyonlar dəyərində obyektləri var.

Belə ki, rayonun mərkəzində təxminən 3 milyon manat dəyərində olan kommersiya binası, eləcə də, 2 milyona yaxın qiyməti olan keçmiş “Bakcell”in binası kimi tanınan obyekt, həmin ərazi  ilə üzbəüz 2 milyon dəyərində 30 sot torpaq sahəsinin ona məxsus olduğu bildirilir. Bundan başqa Şəki Avtovağzalının yanında 400 000 manat dəyərində ofisin, Badamdar ərazisində 700-800 min manat dəyərində bir neçə torpaq sahələri, Bakı kəndlərində 250-300 min manat dəyərində obyektlərinin olduğu da iddia olunur.

Lüks avtomobilləri ilə tanınan “qumar kralı”nın tez-tez maşınlarını yenilədiyi də deyilir.

Əldə etdiyimiz digər məlumat əsasən, o, obyektləri qayınatasının və “Vüqar 333” kimi tanınan şəxsin adına keçirib.

Bundan başqa Yusif Baqiyevin hər bölgədə qanunsuz mərc oyunlarını təşkil edən adamları da varmış.

Qeyd edək ki, “Şəkili Yusif” kimi tanınan Yusif Baqiyev Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri üzrə ittiham olunaraq saxlanılmışdı. Adı və fəaliyyəti ilə mətbuatda tez-tez müzakirə mövzusuna çevrilən “Şəkili Yusif”in həbsi ilə bağlı xəbərdən sonra onun əmlaklarının siyahısının yer aldığı informasiyalar yayılmağa başladı. Onun, həmçinin çoxsaylı kommersiya obyektlərinə sahib olduğu iddia olunurdu.

Related Articles

Bir cavab yazın

Back to top button