hava
Havanın temperaturu enəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında sentyabrın 21-i gündüzədək fasilərələ yağıntılı hava şəraiti davam edəcək. 

Bu barədə Qlobal.net-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq-Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.  vakansiyalar

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək. 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. 

17.09.2024 16:24
show 246