Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək.
Hidrometeoroloji
Proqnozlar Bürosunun direktor müavini Şəbnəm Qurbanova bildirib ki,
temperatur əvvəlki günlərlə müqayisədə dəfələrə enəcək.
Bu arada,
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, kəskin hava şəraiti
ilə əlaqədar təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Nazirlik
güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina
və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəyi və naqillərinin,
hündür ağacların altında dayanmamağı tövsiyə edib.
Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz və Liman Agentliyinin Gəmi
Hərəkətinin idarəedilməsi Mərkəzi hava şəraiti ilə bağlı gəmilərə
xəbərdarlıq edib. Bildirilib ki, güclü küləklə bağlı dənizdə dalğanın
hündürlüyü 2-4 metr, sonrakı inkişafda 4,5-6,5 metr olacağı gözlənilir.