Hava şəraiti BU TARİXDƏN kəskin dəyişir - XƏBƏRDARLIQ
Avqustun 15-18-də əsasən gündüz saatlarında Böyük Qafqaz zonasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.Milli
Hidrometeorologiya Xidmətindən
Qlobal.net-ə verilən xəbərə görə, qısamüddətli leysan
xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.