Hava ilə bağlı XƏBƏRDARLIQ - Leysan yağacaq, daşqın və sel olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 9-dan 10-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.
Sentyabrın
10-da şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 mn /s, səhər və
gündüz bəzi yerlərdə arabir 30-34 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 12-dək ölkə ərazisində
qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə leysan xarakterli
yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq
Şirvan, Qazax-Gəncə, Mərkəzi-aran, Qarabağ və Şərqi-Zəngəzur zonasının
bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı,
dolu düşəcəyi ehtimalı var.
Şimal-şərq küləyi arabir 15-20 m/s,
bəzi yerlərdə arabir 23-28 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 30-33
m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı,
Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay,
Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin
Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin
Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin
Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel
keçəcəyi gözlənilir.