642d5c0465560202304233116
Hava ilə bağlı XƏBƏRDARLIQ: Axşam saatlarından...

Aprelin 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 7-si gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir.

Bu barədə Qlobal.net-ə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Qərb küləyi 8-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.                             

05.04.2023 15:30
show 4250