6412d0e74a574202303231847
Hava bu tarixdən kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Qlobal.net xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 16-sı səhər cənub və qərb rayonlarından başlayaraq hava dəyişəcək.

Ayın 18-i axşamadək arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun artacağı gözlənilir.

16.03.2023 12:16
show 20594