Oktyabrın 1-dən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılacaq.
Qlobal.net xəbər verir ki, proses ayın sonunda bitəcək.
Qeyd edək ki, hərbi vəzifələrin yerinə yetirilməsinə mane olan bir sıra xəstəliklər mövcuddur.
Şəxsin hərbi xidmətə yararsız sayılmasına səbəb olan xəstəliklər cədvəli ilə e-qanun.az saytında tanış olmaq olar.
Həmin qərarın “Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər” bölməsində “Xəstəliklər cədvəli”nin qrafaları aşağıdakı kateqoriyalı vətəndaşların səhhətinə tələbləri nəzərdə tutur:
I qrafa – ilkin hərbi qeydiyyata götürülən, hərbi xidmətə çağırılan vətəndaşların;
II qrafa – çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların;
III qrafa – zabitlərin, miçmanların və onlara bərabər olan hərbi qulluqçuların, hərbi xidmət keçməmiş, ehtiyatda olan zabitlər, hərbi xidmətə və hərbi toplanışa çağırılanda, hərbi xidmətə könüllü daxil olan və hərbi xidmət keçən şəxslərin.
“Xəstəliklər cədvəlində” hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları göstərilib:
“A” – həqiqi hərbi xidmətə yararlıdır;
“B” – sıradankənar həqiqi hərbi xidmətə yararlıdır;
“C” – dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;
“Ç” – həqiqi hərbi xidmətə müvəqqəti yararsızdır;
“D” – hərbi uçotdan çıxarılmaqla, həqiqi hərbi xidmətə yararsızdır.
Aşağıda bəzi əsas xəstəliklər verilmişdir ki, bu xəstəliklərə malik olan şəxslər hərbi xidmətə yararsız hesab olunur:
Psixi və nevroloji xəstəliklər:
Ürək-damar xəstəlikləri:
Tənəffüs sistemi xəstəlikləri:
Endokrin və metabolik xəstəliklər:
Göz xəstəlikləri:
Skelet-əzələ sistemi xəstəlikləri:
Sidik-cinsiyyət sistemi xəstəlikləri:
Həzm sistemi xəstəlikləri:
Onkoloji xəstəliklər:
Hərbi xidmətə uyğunluq hər bir halda hərbi həkim komissiyası tərəfindən fərdi qaydada müəyyən edilir və bu komissiya şəxsin tibbi vəziyyətini ətraflı şəkildə araşdırır.