hərbi
Hansı hərbi hissəyə düşəcəyini öncədən öyrənmək olarmı?

Hərbi xidmətə çağırış zamanı hansı hərbi hissəyə düşəcəyini öncədən müəyyən etmək olarmı?

Qlobal.net xəbər verir ki, 2024-cü ilin oktyabr çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytından öyrənmək mümkündür. Məlumatların tapılması üçün çağırışçı özü haqqında məlumatları Azərbaycan dilində, dəqiq, müvafiq xanalara daxil etməklə cavab ala bilər.

Qeyd edək ki, Azərbaycanda bütün əməkqabiliyyətli kişi mülki şəxslər üçün Azərbaycan Silahlı Qüvvələrində məcburi hərbi xidmət nəzərdə tutulur. Hərbi xidmətə çağırış yaşı 18-dir.
Azərbaycan Konstitusiyasının 76.2-ci maddəsinə əsasən, vətəndaş vicdan azadlığına uyğun olaraq xidmət keçmək istəmədikdə hərbi xidmətdən başqa alternativ xidmət nəzərdə tutulur. İldə dörd çağırış dövrü var. Hərbi xidmət stajı 18 ay, ali məktəb məzunları üçün icbari xidmət müddəti isə 12 aydır.

25.09.2024 09:33
show 41