Hansı daha yaxşıdır: Hibrid, yoxsa elektrikli avtomobillər?
Elektrikli avtomobil seçimlərinin artması ilə ətraf mühitə dost və enerjiyə qənaət edən nəqliyyat vasitələrinə maraq da sürətlə artır.
Qlobal.net bildirir ki, elektrikli avtomobillər arasında hibrid və tam elektrikli modellər diqqət çəkir ki, bunlar həm yanacağa qənaət etməyə, həm də karbon tullantılarını azaltmağa imkan yaradır. Ancaq bu iki növ avtomobil arasında seçim etmək bəzən çətin ola bilər. Bəs sizin üçün hibrid, yoxsa elektrikli avtomobil daha yaxşıdır?
Hibrid və Elektrikli Avtomobil Arasındakı Əsas Fərqlər
Hibrid və elektrikli avtomobillərin fərqlərini başa düşmək üçün hər iki növün ümumi xüsusiyyətlərini bilmək vacibdir. Buna əsasən, onların əsas xüsusiyyətlərini aşağıdakı kimi təsvir edə bilərik:
Hibrid avtomobil
Hibrid avtomobillər həm daxili yanma mühərriki (benzin və ya dizel), həm də elektrik mühərrikindən istifadə edir. Bu avtomobillər aşağı sürətlərdə elektrik mühərrikindən, yüksək sürətlərdə isə əsasən daxili yanma mühərrikindən yararlanır. Sabit sürətlə hərəkət edərkən, hər iki mühərrik optimal yanacaq sərfiyyatı təmin edir və balans yaradır.
Elektrikli avtomobil
Tam elektrikli avtomobillər isə yalnız bir mühərriklə işləyir. Bu avtomobillər şarj edilə bilən batareyalardan enerji alır və tamamilə elektrik enerjisi ilə hərəkət edir. Onların karbon tullantıları sıfıra bərabərdir və sürüş zamanı heç bir fosil yanacaq istifadə olunmur.
Bu iki seçimdən hansının daha yaxşı olduğunu müəyyən etmək üçün hər birini müxtəlif aspektlərdən qiymətləndirmək lazımdır.
Hansı Daha Yaxşıdır: Hibrid yoxsa Elektrikli?
Hibrid və elektrikli avtomobillər mühərrik strukturlarına görə fərqlənir və bir çox cəhətdən fərqli üstünlüklərə malikdirlər. Hansını seçmək isə əsasən şəxsin ehtiyaclarına və istifadəsi senarisinə bağlıdır. Bu fərqləri daha yaxşı başa düşmək üçün onları aşağıdakı başlıqlar altında müqayisə edək:
Yanacaq İstifadəsi və Enerji Effektivliyi
- Hibrid avtomobillər
Şəhər içi trafikinə uyğun olaraq elektrik mühərrikindən istifadə etdikləri üçün yanacaq sərfiyyatını azaldır. Lakin uzun məsafələrdə daxili yanma mühərrikinin istifadəsi yanacaq xərclərini artıra bilər. - Elektrikli avtomobillər
Tamamilə elektriklə işlədikləri üçün fosil yanacaq sərf etmirlər. Elektrik qiymətləri və şarj infrastrukturu münasibdirsə, uzun müddətdə ciddi qənaət təmin edə bilərlər.
Ətraf Mühitə Təsir və Karbon Tullantıları
- Hibrid avtomobillər
Elektrik mühərrikindən istifadə edərək karbon tullantılarını azaldır. Ancaq daxili yanma mühərriki işə düşəndə tullantılar yaranır. Yenə də ənənəvi avtomobillərlə müqayisədə daha az zərərli hesab olunur. - Elektrikli avtomobillər
Tamamilə sıfır karbon tullantısı ilə ətraf mühitə ən az təsir göstərir. Amma onların ətraf mühitə təsiri üçün istifadə olunan elektrik enerjisinin mənbəyi də nəzərə alınmalıdır. Yenilənə bilən enerji mənbələrindən istifadə edildikdə, ən çevrə dostu seçim hesab olunur.
Sürüş Təcrübəsi və Performans Fərqləri
- Hibrid avtomobillər
İki fərqli mühərrik tipinə malik olduğu üçün sürüş zamanı keçid hiss olunur. Elektrik mühərrikinin aşağı sürətlərdəki səssiz işi rahatlıq təmin edir, lakin daxili yanma mühərriki aktiv olduqda səs-küy və performans fərqləri ortaya çıxır. - Elektrikli avtomobillər
Tamamilə səssiz və vibrasiyasız işləyir. Elektrik mühərrikləri torku dərhal ötürdüyü üçün tez ivmələnmə təmin edir və şəhər içi sürüşlərdə üstünlük qazandırır.
Hibrid və Elektrikli Avtomobillərin Üstünlükləri və Mənfi Cəhətləri
Hibrid Avtomobillərin Üstünlükləri
- Benzinli mühərrik sayəsində yalnız şarj stansiyalarına bağlı deyil.
- Uzun məsafələrdə daha geniş hərəkət radiusu təqdim edir.
- Şəhər içində yanacaq sərfiyyatına qənaət edir.
- Həm benzin, həm də elektrik enerjisi ilə işlədiyi üçün çeviklik təklif edir.
- Şarj infrastrukturunun məhdud olduğu yerlərdə rahatlıqla istifadə olunur.
Hibrid Avtomobillərin Mənfi Cəhətləri
- Karbon tullantıları tamamilə sıfır deyil.
- Elektrikli avtomobillərə nisbətən daha mürəkkəb mühərrik strukturu var. Bu da texniki baxımdan daha çox xərc tələb edə bilər.
- Batareya ömrü məhduddur.
Elektrikli Avtomobillərin Üstünlükləri
- Sıfır karbon tullantısı ilə ətraf mühitə dostdur.
- Səssiz və titrəyişsiz bir sürüş təcrübəsi təqdim edir.
- Düşük enerji xərcləri ilə uzun müddətdə qənaət təmin edir.
- Sadə mühərrik strukturu sayəsində baxım xərcləri daha azdır.
Elektrikli Avtomobillərin Mənfi Cəhətləri
- Şarj infrastrukturunun zəif olduğu yerlərdə istifadəsi çətin ola bilər.
- Uzun məsafələrdə şarj stansiyası tapmaq problem ola bilər.
- Şarj müddəti yanacaq doldurma müddətindən daha uzun çəkir.
Nəticə olaraq, hibrid avtomobillər daxili yanma və elektrik mühərriklərinin birləşməsi ilə uzun məsafələrdə çeviklik təmin edərkən, elektrikli avtomobillər sıfır tullantı və aşağı enerji xərcləri ilə ətraf mühitə daha az təsir edən bir seçimdir.
Hansı avtomobili seçməyinizdən asılı olmayaraq, elektrikli avtomobilə keçməyi planlaşdırırsınızsa, şarj stansiyaları haqqında məlumatlı olmağınız tövsiyə olunur.
Murad
Qlobal.net