Bol su istehlak etməsi lazım olan hamilə və süd verən analar üçün orucun zərərli
ola biləcəyini deyilir.
Qlobal.net bildirir ki, türkiyəli ginekologiya və Doğum Mütəxəssisi Op. Dr. Aylin Akıncı "Oruc tutacaqsansa, həkimə müraciət etməli, mümkün risklər haqqında məlumat
almalı və nəzarətli şəkildə oruc tutmalısan" deyib.
Hamiləlik zamanı gələcək analar üçün; Uzun müddət ac qalmadan tez-tez və
az-az yemək tövsiyə etdiklərini ifadə edən Op. Dr. Aylin Akıncı şəkərli diabet,
vaxtından əvvəl doğuş, qanaxma, çoxlu hamiləlik, inkişaf geriliyi kimi riskli
hamiləlik şərtləri olan gözləyən analar üçün oruc tutmağın zərərli olacağını
vurğulayıb.
Digər tərəfdən, ana südü ilə qidalanmanın körpələrin bioloji və psixoloji
inkişafında böyük əhəmiyyət daşıdığını söyləyən Dr. Aylin Akıncı, “Körpənin
sağlam inkişafı üçün süd verən ana da sağlamlığına diqqət etməlidir. Ana
südünün tərkib hissələrinə təsir edən bir çox amil var. Bu səbəblə süd verən
analara xüsusi qidalanma proqramları və pəhriz siyahıları verilə bilər. Çünki
süd verən anaların istehlak etdiyi qidalar körpələrin inkişafına birbaşa təsir
edir. Süd verən anaların xüsusilə ilk aylarda qidalanmasına diqqət etmələri və
bol maye qəbul etmələri vacibdir" deyib
Səbinə
Qlobal.net