Hamiləlik dövründə istehlak edilən qidalar ana və körpənin sağlamlığı ilə
sıx bağlıdır. Sağlam hamiləlik və doğum üçün gələcək ana yediyi hər yeməyin
xüsusiyyətlərinə və miqdarına diqqət yetirməlidir.
Qlobal.net bildirir ki, daha sağlam qidalanmaq, körpənin ideal kilo almasına kömək etmək
və hamiləliyi ən yaxşı şəkildə bitirmək üçün sağlamlığınızın qeydinə qalmalısınız.
Bəs hansı qidalardan uzaq durmalısınız?
1)Turşular:
Mümkünsə, hamiləlik dövründə turşu istehlak edilməməlidir. Yüksək təzyiqə səbəb
ola bilən bu qida bir çox ananın təzyiqini yüksək səviyyəyə qaldırır. Hamiləlik
dövründə artan qan təzyiqi vaxtından əvvəl doğuşa və uşağın düşməsinə səbəb
olur.
2)Çiy Balıq:
Hamiləlik dövründə çiy qidalar sağlamlıq üçün təhlükə yaradır. Bir çox çiy
qidalarda bakteriya var. Balıq istehlak edərkən yaxşı bişmiş və mövsümi
balıqlara üstünlük verilməlidir. Çiy balıq və az bişmiş balıqlar hamiləlik
dövründə yeyilməməsi lazım olan balıq qrupundandır.
3)Midye:
Hamiləlik dövründə mümkünsə midye istehlakı təxirə salınmalıdır. Midiye
etibarlı bir mənbədən alınırsa və ana çox yemək istəyirsə, porsiyanı
qaçırmamalıdır. Tərkibində yüksək civə olan midye körpənin beyin inkişafına təsir
edir və eyni zamanda anada mədə problemlərinə səbəb olur.
4)Ciyər:
Hamiləlik dövründə diqqət edilməli olan digər qida ciyərdir. Ciyərin həddindən
artıq istehlakı A vitamini ilə zəhərlənməyə səbəb olur. Bundan əlavə, ciyərin
az bişirilməsi ana və körpənin sağlamlığını təhdid edə bilər. Mütəxəssislərin
fikrincə, ciyərdən çox istifadə etmək düzgün deyil.
5)Çiy Yumurta:
Çiy yumurtalarda salmonella kimi tanınan bakteriyalar ola bilər. Hamiləlik
dövründə bu bakteriyalardan qorunmaq üçün yaxşı bişmiş yumurta istehlak etmək
vacibdir. Sağlam bir hamiləlik üçün çox faydalı olan zülal qaynağı yumurta çiy
istehlak edildikdə körpənin və ananın sağlamlığını təhdid edir.
6)Qızartma:
Kartof qızartması, qızardılmış ət və qızardılmış tərəvəzlər anaları kökəltməkdən
başqa heç nə etmir. Yüksək istilikdə qızardılmış bütün qidalar qida dəyərinin
böyük hissəsini itirdiyi üçün hamiləlik dövründə istehlak edilməsi tövsiyə
edilmir.
7)Yumşaq Pendirlər:
Yumşaq pendirlərdə Listeria riski var. Bu xəstəlik xüsusilə hamiləlik
dövründə qadınlara təsir göstərir. Qoyun pendiri və rokfor kimi yumşaq pendirlər
hamiləlik zamanı yeyilməməsi lazım olanlar siyahısında ad çıxarır.
8)Ananas:
Hamiləlik zamanı yeyilməməsi lazım olan meyvələr haqqında gələcək analara məlumat
vermək istədikdə ağlımıza ananas gəlir. Bu meyvənin tərkibində bromelain var və
bu ferment sayəsində uşaqlıq boynu yumşalır.
Səbinə
Qlobal.net