66c2ff0bdf4a1202408241507

Hamı bu toydan danışır: Gəlinə 3 kilo qızıl verildi - Pulu 15 nəfər saydı - FOTO

Türkiyənin Van bölgəsində Burukilər nəslinin möhtəşəm toy mərasimi keçirilib.

Qlobal.net publika.az-a istinadən xəbər verir ki, iş adamı Gökhan Bayramoğlunun qardaşı Özgür Bayramoğlu iş adamı Abidin Anteroğlunun qızı Elif Anteroğlu ilə ailə qurub.

7 min adamın qatıldığı toyda 100-ə yaxın xırdabuynuzlu heyvan kəsilib. Mərasimdə aşirət liderləri, QHT rəhbərləri, iş adamları iştirak edib.

Toyda bəyə 12 milyon lirə ( təxminən 605 min manat) nağd pul, gəlinə isə 3 kilo qızıl verilib. 15 nəfər süfrəyə qoyulan pulları sayıb. Toy mərasiminin sonunda açıqlama verən ağsaqqallar Yasin Ertaş və Yunus Dəmirəl toyda iştirak edən hər kəsə təşəkkürlərini bildiriblər.

19.08.2024 12:33
show 265