toyda

Hamı bu toydan danışır: bəy və gəlinə görün nə hədiyyə etdilər - FOTO/VİDEO

Türkiyənin Çanaqqala vilayətində keçirilən qeyri-adi bir toy mərasimi sosial şəbəkələrdə və yerli mediada böyük marağa səbəb olub. Bayramiç rayonunun Pınarbaşı kəndində baş tutan toyda gəlin və bəyə edilən qeyri-adi hədiyyələr hər kəsi təəccübləndirib.

Qlobal.net xəbər verir ki, Pınar və Harun Acar cütlüyünün toyunda keçirilən takı mərasimində (qızıl və hədiyyə təqdimatı) iştirakçılar adət-ənənələrin xeyli kənarına çıxaraq, maraqlı və gülməli səhnələrə imza atıblar.

Gəlinə buzov, bəyə at hədiyyə edildi

Həftə sonu boyunca davam edən toy mərasimində bəyə edilən zarafatlar və təqdim olunan qeyri-adi hədiyyələr toya qatılanlar arasında əyləncəli ab-hava yaradıb. Kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan bəyə dostları qeyri-adi şəkildə at və gəlinə isə buzov hədiyyə ediblər.

Cütlüyün yaxın dostu Hakkı Eren gəlinə buzov təqdim edərkən, bəyin sağdıcı Utku Ercen və əmisi Halil Acar birlikdə aldıqları atı bəyə "takı" olaraq təqdim ediblər.

Ot, gübrə və yem də "takı" kimi təqdim olundu

Zarafatlar bununla da bitməyib. Toya qatılan digər qonaqlar isə cütlüyə ot bağlaması, gübrə və yem kimi kənd təsərrüfatı məhsulları hədiyyə veriblər. Ən maraqlı anlar isə bəyə qadın geyimləri hədiyyə edilib və bu geyimləri geyinməsi üçün məcbur edildiyi zaman yaşanıb. Hədiyyə olunan at və geyimlərlə toy məkanında dolaşdırılan bəy zarafatların nə vaxt bitəcəyini səbirsizliklə gözləyib.

Bu qeyri-adi və rəngarəng toy Pınarbaşı kəndi ilə yanaşı, ətraf kəndlər və Bayramiç rayon mərkəzində də böyük maraqla qarşılanıb. Sosial mediada yayılan görüntülər isə toya gələ bilməyənləri də güldürməyi bacarıb. (milli.az)

07.05.2025 19:00
show 270