66c326ea1ef68202408240514
Hamı bu qaynaqçıdan danışır: "Xalq artistlərindən yaxşı oxuyur" (VİDEO)
Azərbaycanda muğam oxuyan qaynaqçının videosu sosial şəbəkələrdə geniş müzakirə olunur.  
Qlobal.net
Qaynarinfo-ya istinadla xəbər verir ki, Bakıda qaynaqçı işləyən kişi öz emalatxanasından canlı yayım açaraq, muğam oxuyub. 
O, daha sonra Xalq artisti, mərhum xanəndə Əlibaba Məmmədovun repertuarından sözləri Əliağa Vahidə məxsus "Birdənəsən" mahnısını ifa edib. 
Videoda ən maraqlı məqam qaynaqçının muğam oxuyarkən əlində Azərbaycan musiqi alətlərindən olan qaval əvəzində kaska tutmasıdır. Onun bu videosu bütün sosial şəbəkələrdə paylaşılıb. 
İzləyicilər öz rəylərində onun bəzi Xalq artistlərindən yaxşı oxuduğunu vurğulayıb. 
Əməkdar müəllim Qəzənfər Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, qaynaqçı mərhum xanəndə Sabir Mirzəyevi parodiya edib:  "Əslində o oxumaq deyil, yamsılamaqdır, yəni parodiyadır. O, Sabir Mirzəyevi parodiya edir. Özü də "Çahargah" muğamından "Bəstənigar" şöbəsini ifa edib. O, heç Sabirin yanından keçə bilməz. Mən ona məsləhət görərdim ki, gül kimi sənəti ilə məşğul olsun".
19.08.2024 15:22
show 209