27.09.2021
12:47
198

Hakobyan: "Ərdoğan Nikol Paşinyana sillə vurub".

Loading...
"Ərdoğan Nikol Paşinyana sillə vurdu".

Kanal.az xəbər verir ki, bunu erməni politoloq Vigen Hakobyan deyib.

Hakobyanın sözlərinə görə, Ərdoğan əvvəlcə Nikol Paşinyanın Gürcüstan Baş naziri vasitəsilə ötürülən görüş təklifini üzə çıxarıb, daha sonra Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı sülh və kommunikasiya məsələlərinin müzakirə olunacağını söyləyib.

"Ərdoğan dedi ki, çox yaxşı Nikol, biz bu bazarı sənin strateji müttəfiqinlə edəcəyik, o necə desə, elə edəcəksən", - deyə Hakobyan bildirib.
Loading...