Hafiz Hacıyevin gömrükdə işləyən oğlunun tikilməkdə olan milyonluq obyekti narazlıq yaratdı - VİDEO
Dünən Bakı şəhəri Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində,
“Eurohome” tikinti materiallarının satış mərkəzinin qarşısında naməlum
obyekt tilməsi ilə bağlı yazı dərc etmişdik.
Ərazidə
fəaliyyət göstərən kiçik sahibkarların bildirdiyinə görə, obyekt rayon
ərazisindən keçən əsas su boru xəttinin demək olarki üstündə inşa
edilir. Həmçinin tikinti ərazisinin 1 metrliyində dövlət əhəmiyyətli bir
neçə kabel xətti keçir.
Tikinti
zamanı əsas su boru xəttinin zədələndiyi və su sızması baş verdiyi
bildirilir. Bundan başqa obyektin tikinti standratlarına cavab vermədiyi
iddia edilir.
Məsələ
ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və FHN-nin
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inşa edilən
obyektlə bağlı tədbir görəcəyinə ümüdvar olduğmuzu bildirmişdik hətta
ərazi yerindən qısa video da təqdim etmişdik.
Sözü gedən nəməlun obyektin Müasir Müsavat
partiyasının sədri Hafiz Haciyevin gömrük orqanlarında çalışan oğlu Raul
Hacıyevə məxsus olması məlum olub.
Raul
Hacıyev hər gün sözü gedən ərazidə görünərək, tikintiyə nəzarət edir və
ustalara göstərişlər verir. Hətta məsələ ictimailəşəndən sonra hadisə
yerinə aidiyyatı təşkilatlar dərhal gələrək, yoxlamalar aparıb.
Gələn
yoxlama Raul Haciyevə, obyektin 2-3 metrliyindən keçən ana su xəttinin
ətrafını dərhal betonlayıb həmçinin hasarlamasını məsləhət görüblər.
Bildoriblər ki, media nümayəndələri gəlib, görməsin və çəkiliş apararkən
qanunsuzluqlar kadrlara düşməsin.
Ərazidə
fəaliyyət göstərən kiçik sahibkarlar bildirirlər ki, sözü gedən
obyektin tikintisi ətraf üçün açıq-aşkar təhlükə yaradır və onların iş
faliyyətinə mane olur. Sahibkarlar aidiyyatı qurumlardan təhlükəli
tikintinin dayandırılmasını xahiş edirlər. (Azərbaycan Reallığı)