Cəmiyyət

Hadisənin sirri misrada gizlənirmiş – Məşhur meyxanaçı Elçinin qətlinin dəhşətli detalları…

Bəziləri şayiə olduğunu desələr də, öz vikipediya hesabında bu fakt qeyd olunub: xəstəxanaya gec çatdırıldığı üçün güclü qanaxmadan dünyasını dəyişib.

Bu adam yaxın dostu tərəfindən bıçaqlanan, xəstəxanaya gec çatdırıldığı üçün ömrünün çiçəklənən yaşında gözlərini əbədi yuman meyxanaçı Elçin Atakişiyevdir. Elçin Arif oğlu Atakişiyev 31 oktyabr 1968-ci ildə Maştağada doğulub. Atası Arif kəndin tanınmış xanəndələrindən olub. Məktəbi bitirəndə artıq kənd Elçini püxtələşmiş meyxanaçı kimi tanıyırdı. Elçinin İki qardaşı var, Faiq və Şahin. Elçin Atakişiyev bu gün çoxlarının sevdiyi, lakin müəllifini bilmədiyi bir çox musiqili meyxanaların, mahnıların müəllifiri. Uzun illər toy repertuarlarının şah əsəri olan “Olmuşuq məsti xumar” da Elçinə məxsusdur.

Elçin kitab oxumağı çox sevərmiş. Gecələri qaranlıq otaqda şam işıqında oturub kitab oxuyar, şeir-qəzəl yazarmış. Toylara dəvət olunduğu üçün insan adlarının mənasını kitablardan öyrənərmiş. Qardaşı ondan soruşanda ki, bunlara niyə vaxt ayırırsan, Elçin deyərmiş: mən meyxanaçıyam məndən dediyim sözün və çəkdiyim adların mənasını soruşa bilərlər. Elçin deyəndə Məşədibaba, Məşədibaba deyəndə Elçin ilk yada düşən adlardır. Bu iki şəxs eyni kəndin yetirmələri, həmkar olmaqları ilə yanaşı yaxın dost olublar. Sonu faciə ilə bitən bu dostluq deyilənə görə onların bəzi həmkarlarını da narahat edirmiş. Çünki onlar hər ikisi olduqca istedadlı meyxanaçı və qəzəlxan kimi göz görə-görə rəqiblərini ötüb keçirdilər. Vəziyyət o həddə çatır ki, insanlar Elçin və Məşədibabasız toyları sevməz, öz toylarını onların toy qrafikindəki boş günlərə salırmış. Onlar çox mehriban dost olduğundan və gün-gündən onlara artan maraq o zamankı meyxana mafiyasını narahat edirmiş. Davamı ilə verilişdə tanış ola bilərsiniz…

Related Articles

Leave a Reply

Back to top button