64e7a125daddb202308232749
DƏHŞƏTLİ OLAY: Boğulan şəxsi xilas etməyə çalışan 11 NƏFƏR ÖLDÜ - FOTO

Qazaxıstanın Türküstan vilayətində Sırdərya çayında 8-i azyaşlı olmaqla 11 nəfər ölüb. 

Qlobal.net news24.az-a istinadən xəbər verir ki, bu barədə "Tengrinews.kz" məlumat yayıb. 

İlkin məlumata görə, çay sahilində dincəlməyə gələn şəxslər bir qızın çayda boğulmağa başladığını görüb onu çıxarmağa çalışıblar. Onlar bir-birini xilas etməyə çalışarkən hamısı suda boğulublar.

Sözügedən ərazi üzgüçülük üçün nəzərdə tutulmayıb. 

Çayda boğulanların hamısının cəsədi tapılıb.


24.08.2023 22:27
29534